Dekabrın 2-də Almaniyanın Hamburq şəhərində AÇ-2024-ün final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, final mərhələsinin 24 iştirakçısından 21-i artıq məlumdur, daha üçü isə 2024-cü ilin martında keçiriləcək təsnifat pley-off mərhələsində müəyyənləşəcək.

Bununla belə, artıq səbətlərin tərkibi açıqlanıb. Pley-off seçmələrinin üç qalibi püşkatma zamanı 4-cü səbətdə yer alacaq.

AÇ-2024-ün final mərhələsi iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.

Pley-off cütləri

A yolu: Polşa - Estoniya, Uels - Finlandiya

B yolu: İsrail - İslandiya, Bosniya və Herseqovina - Ukrayna

C yolu: Gürcüstan - Lüksemburq, Yunanıstan - Qazaxıstan

Püşkatma üçün səbətlər

1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

2-ci səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

3-cü səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

4-cü səbət: İtaliya, Serbiya, İsveçrə, üç pley-off qalibi (A, B, C yolu