Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Görüşdə bir sıra məsələlər müzakirə edilib. Bu məsələlərdən biri də Azərbaycan-Ermənistan münasibətləri olub. 

"Biz Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin sülh və rifahına töhfə verəcək daimi sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcəyik", - məlumatda qeyd edilib.

Eyni zamanda Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişinin bağlanması və Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması ilə bağlı məsələlərlə yanaşı, qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də dəyərləndirilib.