ABŞ-nin qəhvə şirkətlər zənciri “Starbucks”un bazar dəyəri son 20 gündə 12 milyard dollardan çox azalıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, buna səbəb sərmayəçilərin satışların yavaşlaması ilə bağlı narahatlıqlarının artması olub.

Məlumata görə, hazırda şirkətin bazar dəyəri 110 milyard dollardan aşağıdır.

Xatırladaq ki, ABŞ-də "Starbucks"ın yüzlərlə filialının işçiləri iş şəraitinin yaxşılaşdırılması tələbi ilə noyabrın 16-da tətilə çıxıblar.

 

Gözəl Həşimova