Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəis təyin edilib.

Bu barədə İqtisadiyyat.az-a Komitədən məlumat verilib.

Bildirilib ki, bu vəzifə Riad Qasımova həvalə edilib. O, 2023-cü ildən Baş idarə rəisi vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, R.Qasımov daha əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri vəzifəsində çalışıb.