Rusiyanın Maliyyə Nazirliyi ötən il neft və qaz gəlirlərinin azaldığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, ötən il ölkənin neft və qaz gəlirində 28,8% azalma qeydə alınıb. 

Hesabat dövründə neft və qaz kondensatının hasilatı və ixracı üzrə vergilər büdcəyə 9,822 trilyon rubl gəlir gətirib ki, bu da illik müqayisədə 11,2% azdır.

 

Əli Ağayev