Bu ilin birinci yarısında Rusiya şirkətlərinin gəlirləri 342 trilyon rubl təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Federal Vergi Xidmətinin məlumatında deyilir.

Hesabat dövründə şirkətlərin mənfəəti isə 31% artaraq 18,1 trilyon rubla çatıb.

Bu dövrdə “Qazprom”un gəlirləri 36%, “Rosneft”in 8%, “Lukoyl”in 12%, “Uralkali”in 26%, “Acro”nun 34%, “İnter RAO”un 43%, “NOVATEK”in 9%, “PhosAgro”nun 28% azalıb.

 

Gözəl Həşimova