"İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyat zamanı HƏMAS hərəkatı ilə əlaqəli minlərlə yaraqlı və yüzlərlə silahlı birləşmə komandirini məhv edib". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

"HƏMAS-a qarşı çox böyük uğurlar var və bunun çox açıq təzahürləri var: minlərlə terrorçu öldürülüb, generallar və aşağı kateqoriyalardan olmaqla yüzlərlə müxtəlif səviyyəli komandir məhv edilib və biz hərəkatın yüksək rəhbərliyinə çatacağıq", - Qallant hərbçilərlə görüşündə deyib.

Onun sözlərinə görə, Qəzza zolağında HƏMAS-ın bir çox infrastruktur obyektləri də məhv edilib.