"Qəzza zolağında fasilə başa çatdıqdan sonra İsrail ordusu döyüşləri daha intensiv şəkildə davam etdirəcək və bütün anklavda fəaliyyət göstərəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant Givati ​​briqadasının əsgərləri ilə görüşdə deyib.

"İndi bir neçə gününüz var, lakin biz döyüşə qayıdacaq və eyni güclə və daha da güclü hərəkət edəcəyik. Biz bütün sektorda mübarizə aparacağıq", - Qallant qeyd edib.