"BRİCS ölkələrinin yeni iqtisadi nizam yaratmaq imkanı var". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) bildirib.

"Əhəmiyyətli siyasi və iqtisadi güc olan BRİCS ABŞ-nin rəhbərlik etdiyi birqütblü dünyanı əvəzləmək cəhdlərinə qarşı çıxmaqla özünü getdikcə daha çox tanıdır. BRİCS artıq ÜDM-də ən böyük Qərb iqtisadiyyatlarını - Yeddilik Qrupunu (G7) geridə qoyub", - agentliyin yayımladığı məqalədə deyilir.

KCNA yazır: "Antiamerikan mövqe tutan bir çox ölkələr, hətta qərbyönümlü siyasət yürüdən ölkələr BRİCS ilə əməkdaşlıq edir, ABŞ-yə arxa çevirirlər".