Türkiyənin xarici işlər naziri Hakan Fidan İspaniyanın Barselona şəhərində İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani və İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib. 

Fidanın həmkarları ilə təmasları Qəzzada son hadisələrin müzakirə olunduğu Aralıq dənizi 8-ci Regional Forumu çərçivəsində baş tutub.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.