Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.

Məlumata görə, yüksək temperaturlu qazla soyudulmuş reaktoru olan "Shidaowan" qurğusu Şandun əyalətində yerləşir.

Bildirilib ki, AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq kommersiya istismarına verilib.

 

Gözəl Həşimova