"ABŞ prezidenti Co Bayden çərşənbə günü keçiriləcək iclasda Yeddilik Qrupunun (G7) həmkarlarını Vaşinqtonun Kiyevə yardımı davam etdirəcəyinə inandırmaq niyyətindədir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Prezident Bayden bu gün virtual olaraq G7-nin digər liderləri ilə görüşür. Sizi əmin edə bilərəm ki, o, Ukraynanı dəstəkləmək öhdəliyimizi vurğulayacaq", - Ağ Ev rəsmisi bildirib.