Bu ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,1% artaraq 26776,2 milyon manat olub.

Bu barədə İqtisadiyyat.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1% artaraq 15587,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5% artaraq 11188,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34,4%-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,3%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,3%-i isə paytaxtın məhsul bazarlarında satılıb.