Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı Limanı vasitəsiilə daşınan metal və metal məhsullarının həcmi 55 % artıb.

Bu barədə İqtisadiyyat.az-a Bakı Beynəlxalq Dəniz Ticarət Limanından məlumat verilib.

Bildirilib ki, bu ilin ilk 10 ayı ərzində Bakı Limanı vasitəsi 327 min tondan çox metal və metal məhsulu daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55 % artım deməkdir.

Əsasən Qazaxıstandan Bakı Limanına gətirilən metal və metal məhsulları Azərbaycandan tranzit keçməklə Türkiyə və İtaliya, Almaniya, Polşa kimi bir sıra Avropa ölkələrinə tədarük edilir.

Gəmi ilə vasitəsilə Bakı Limanı gətirilən metal məhsulları operativ formada boşaldılır və əsasən TIR-lara yüklənərək son təyinat ölkəsinə yola salınır.