Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 726,7 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.

Bu dövrdə ölkədən Çexiyaya ixrac 654,3 milyon dollar təşkil edib. Azərbaycanın Çexiyadan idxalının dəyəri isə 72,4 milyon dollar olub.

 

Gözəl Həşimova