Kahramanmaraşda zəlzələ nəticəsində dağılan binalarla bağlı aparılan araşdırmalarda 160 şübhəli həbs edilib. Oğurluqda ittiham olunanların sayı 181-ə qalxıb.

Ümumilikdə 11 vilayət üzrə isə 564 şübhəli məsuliyyətə cəlb olunub.

Həbs edilən şübhəlilərdən 160-ı alındıqları hakimlər tərəfindən həbs edilib, 175 şübhəli barəsində isə məhkəmə nəzarəti həyata keçirilib.

Baş Prokurorluğun əmri ilə 18 nəfər həbs olunsa da, şübhəlilərdən 11-nin həyatda olmadığı, 6 nəfərin xaricdə olduğu bildirilib. 62 şübhəli isə ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

OĞURLUQ ARAŞDIRMALARI

Bölgədə oğurluq, soyğunçuluq cinayətləri ilə əlaqədar aparılan araşdırmalarda 181 şübhəli həbs edilib.

Aparılan araşdırmalarda 351 hadisə ilə əlaqədar 282 şübhəli müəyyən edilib.