Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev adıçəkilən nazirliyin müavini təyin edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.