"Hernmort Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru marketdən saqqız oğurladığı üçün saxlanılıb. 

İqtisadiyyat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən supermarketdə baş verib. 

Belə ki, şirkət direktoru marketdən 420 manat dəyərində "Dirol" markalı saqqızı oğurlayıb. 

27 dekabr 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılan şirkət direktorunun törətdiyi hadisəyə görə cinayət işinin başlanması rədd edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib.