Vyetnamda "Yaqi" qasırğası nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb, daha 229 nəfər xəsarət alıb.

İqtisadiyyat.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, ən çox zərər çəkən ərazi ölkənin şimal-şərqindəki Quanq Nin əyaləti olub.

Bildirilib ki, təbii fəlakət 110 min hektara yaxın çəltik plantasiyalarının su altında qalmasına səbəb olub, minlərlə ağac məhv olub. Bundan əlavə, 8 mindən çox binaya ziyan dəyib, elektrik enerjisi və rabitədə fasilələr yaranıb. Ölkənin şimalındakı Pu To əyalətində avtomobil körpüsü uçub.