Bakıda yaşı 50-dən yuxarı olan pedoqoji və texniki heyətin vaksinasiya porsesi başlanılıb.

İqtisadiyyat.az-ın məlumatına görə, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində (Binəqədi rayonunda - 276, Xətai rayonunda - 56, Xəzər rayonunda - 26, Suraxanı rayonunda - 84,  Sabunçu rayonunda - 90, Səbail rayonunda - 239, Nərimanov rayonunda - 258, Nəsimi rayonunda - 14, Nizami rayonunda - 129,  Yasamal rayonunda - 158 saylı tam orta məktəblər) həyata keçirilir.