Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində sentyabrın 11-dən 20-dək “Qartal tərəfdaşı - 2023” adlı erməni-amerikan birgə təlimi keçiriləcək. Təlimlərin Müdafiə Nazirliyinin sülhməramlı briqadasının “Zar” təlim mərkəzində və Müdafiə Nazirliyinin “N” təlim mərkəzində keçirilməsi planlaşdırılır.

 

Paşinyan üçün bu il ölüm-qalım məsələsi olacaq" -Əziz Əlibəyli prezidentin  çıxışını ŞƏRH ETDİ - VİDEO

 

ABŞ-Ermənistan hərbi əməkdaşlığı ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli öz fikirlərini İqtisadiyyat.az-la bölüşüb.

O bildirib ki, Ermənistan 2024-cü ildə ABŞ-nin təşkil edəcəyi, 2023-cü ildə Avropanın 10 ölkəsinin ərazisində keçirilən "Defender23" hərbi təlimində iştirak etmək niyyətindədir:

"Aprel ayında ABŞ Müdafiə Nazirliyi  Ermənistanın adını hərbi təliminin iştirakçıları siyahısına daxil etmişdi, lakin sonradan bu ad çıxarılmışdı. Düşünmək olar ki, o zaman Ermənistanın da təlimlərdə iştirak edəcəyi ilə bağlı ilkin müzakirələr gedirdi. Lakin Rusiya Ermənistana qarşı təsirli riıçaqlar tapdığından  Ermənistan hakimiyyəti çəkinmişdi. İndiki halda erməni-amerikan "Qartal tərəfdaşı - 2023" hərbi təliminin təşkilindən əlavə, erməni tərəfi NATO-nun daha iki hərbi təlimində də iştirak edir: "KFOR" və "Saber Junction". Görünən odur ki, Ermənistan Rusiya və Belarusla birlikdə olmaq istəmir. Ermənistan KTMT-nin təşkil etdiyi hərbi təlimlərdə iştirakını ləğv edir, KTMT-də iştirakını boykot edir və Qərblə əməkdaşlıq formaları yaratmağa can atır. Vurğulamaq lazımdır ki, Avropa İttifaqı artıq Ermənistanda Avropa Müşahidə Missiyası olan təhlükəsizlik komponenti ilə təmsil olunur.

Erməni-Amerika hərbi təlimi "Qartal tərəfdaş-2023" guya sülhməramlı tapşırıqlar zamanı münaqişə tərəfləri arasında unifikasiya  hərəkətlərini nəzərdə tutur. Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılması, o cümlədən Ermənistan bölməsinin planlaşdırılmış əməliyyatlara hazırlığının artırılmasıdır. Beləcə, sülh adı altında yeni bir Suriya inşası gözümüzün qarşısında baş verir".

Gülşən Şərif