Bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min vahid artaraq və 2023-cü ilin aprel ayının 1-nə 1.755,8 minə çatıb.

İqtisadiyyat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata əsasən xəbər verir ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 298,1 min vahid artaraq 838 min təşkil edib.