Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 124.2 milyon dollar dəyərində 112 min ton pomidor ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 9,9 milyon dollar azalıb.

Son 5 ildə Azərbaycan pomidor satışından belə qazanıb:

 

İllər

Gəlir

2019-cu il

142,2 milyon dollar

2020-ci il

167,8 milyon dollar

2021-ci il

128,2 milyon dollar

2022-ci il

134,2 milyon dollar

2023-cü il

124,2 milyon dollar

 

Gözəl Həşimova