Bu il SOCAR-ın karbamid zavodu 350 min ton məhsul istehsal edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "SOCAR Carbamid" zavodunun rəhbəri Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, istehsal olunan karbamidin təxminən 80%-nin ixrac olunması planlaşdırılır: “İndiyədək zavodda 60 min ton karbamid istehsal olunub”.