Tehranda rəsmi səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İran Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Məhəmməd Baqiri arasında görüş olub.

İqtisadiyyat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tərəflər Suriya, Əfqanıstan və Qarabağdakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

"Bir çox məsələlər müzakirə edilməlidir. Bunlara təhsil, təcrübə mübadiləsi, nümayəndə heyətlərinin mübadiləsi, birgə dəniz təlimləri vəs. daxildir", - Şoyqu qeyd edib.