Səhər yeməyində istehlak edilən şəkərli qidalar, kolbasa, ağ çörək və şirin yoqurtlardan ibarət ultra işlənmiş qidalar xərçəng riskini artırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) mütəxəssislərinin araşdırmasında deyilir.

Araşdırmaya görə, səhər yeməyi üçün istehlak edilən qidalar ilə şişlərin inkişaf riski arasında əlaqə olduğu sübut olunub.

Mütəxəssislər 14 il ərzində izlənilən 450 mindən çox insanın qidalanması və həyat tərzi ilə bağlı məlumatları təhlil ediblər. Nəticələr göstərib ki, çoxlu emal olunmuş bu qidaları qəbul edənlərdə ağız və boğaz şişlərinin inkişaf riski artıb.

 

Gözəl Həşimova