Ölkə ərazisində noyabrın 6-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən İqtisadiyyat.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz 18-23dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.