Rusiya, Azərbaycan və İran üç ölkənin enerji sistemlərini birləşdirəcək layihə üçün texniki-iqtisadi əsaslandırmanın birgə işlənməsi barədə saziş imzalayıblar.

 APA Rusiyanın “Vahid enerji sisteminin sistem operatoru” Səhmdar Cəmiyyətinin yaydığı məlumata istinadən xəbər verir ki, avqustun 12-də əldə olunan razılığa əsasən tərəflər ölkələrin enerji sistemləri arasında "Şimal-Cənub" enerji dəhlizinin yaradılması layihəsi üçün texniki-iqtisadi əsaslandırmanı birgə işləyəcəklər.

Rusiya tərəfindən sazişin iştirakçıları qismində “Vahid enerji sisteminin sistem operatoru” və “Rosseti”, Azərbaycandan “Azərenerji”, İrandan isə “Tavanir” şirkətləri çıxış edəcəklər.