Qax rayonunda istehsalçılardan barama tədarükü başa çatıb. Kümçülər builki mövsümdə 29 ton 824 kiloqram yaş barama istehsal ediblər. Barama istehsalı ötən illə müqayisədə 4,5 ton artıb.

Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 295 kümçü ilə müqavilə bağlanılıb, onlara 875 qutu, yəni 16 kiloqram 625 qram ipəkqurdu paylanılıb.

Əmircan kəndindən Sahib Ramazanov builki mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 504 kiloqram yaş barama təhvil verib. Cəlayir kənd sakini Xəyyam Heydərov bu il 443,6 kiloqram, Almalı kəndindən Vüsal Abdullayev isə 374,7 kiloqram yaş barama istehsal ediblər.(azərtac)