Bu ilin yeddi ayında ölkəyə 486 min 520 ton qara metal və onlardan hazırlanan məmulatlar idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövründə idxal edilən qara metal və onlardan hazırlanan məmulatların dəyəri 556 milyon 42 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 647 milyon 229 min dollarlıq 538 min 580 ton qara metal və onlardan hazırlanan məmulatlar idxal edilib.