Qara dənizdə rusiyalı sərnişinləri olan yelkənli yaxta batıb.

İqtisadiyyat.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Nəqliyyat üzrə İstintaq Komitəsinin Qərb Regionlararası İstintaq İdarəsinin portalı məlumat yayıb.

İstintaqın məlumatına görə, baş verən insident zamanı yaxtada 5 sərnişin olub. Onlardan 4-ü xilas edilsə də, bir nəfərin axtarışları davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb.

 

Sadiq Cavadov