Rusiya prezidenti Vladimir Putin Finlandiya və İsveçin NATO-ya daxil olmasını “mənasız addım” adlandırıb.
Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya Finlandiya sərhədində hərbi baza quracaq:
“Rusiya suverenliyinə təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə hazırdır. Bundan əlavə, ölkə Finlandiya sərhədinə qoşun yerləşdirəcək. Eyni zamanda, ABŞ Ukraynaya əsgərlərini yerləşdirərsə, Rusiya bunu müdaxilə kimi qiymətləndirəcək".
Gözəl Həşimova