Hüquqi şəxslər tərəfindən əkin pay torpaqları ilə bağlı torpaq vergisi dövlət büdcəsinə, yoxsa yerli bələdiyyə büdcəsinə ödənməlidir?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, hüquqi şəxslər tərəfindən bütün hallarda torpaq vergisi dövlət büdcəsinə ödənilir. Fiziki şəxslər tərəfindən isə torpaq vergisi kənd təsərrüfatı üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlara görə dövlət büdcəsinə, digər hallarda isə yerli büdcələrə ödənilir.