Bu ilin mart ayında 2 995 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

İqtisadiyyat.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, onların 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edib.