OPEC+ ölkələri iyunun 4-də keçiriləcək iclasda neft hasilatının parametrləri üzrə müxtəlif fəaliyyət variantlarını, o cümlədən hasilatın azaldılmasını nəzərdən keçirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib.

“Müxtəlif variantlar müzakirə olunur”, - mənbə bildirib.

“Seçimlər arasında hasilatın azaldılması da nəzərdə tutulubmu” sualına agentliyin həmsöhbəti qeyd edib ki, məsələ hələ də müzakirə olunur.

Eyni zamanda, “Reuters” nümayəndə heyətindəki mənbələrə istinadən iddia edir ki, OPEC+ digər variantlarla yanaşı, hasilatın sutkada 1 milyon barel əlavə azaldılmasını müzakirə edir.