Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib.
İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon dollar və ya 9 % azdır.
Hesabat dövründə kartof ixracı ölkənin ümumi ixracının 0,12 %-ni təşkil edib.
Gözəl Həşimova