Abşeron Rayon Polis İdarəsi və Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Cəbrayıl rayon sakini Xəyyam Quliyev saxlanılıb.


DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, araşdırmalarla onun sentyabrın 7-nə keçən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində bir avtomobildən sənədlər, yanacaq və bank kartları oğurlaması, habelə həmin bank kartından 525 manat çıxarması da müəyyən edilib.