Azərbaycan və Çin birlikdə avtomobil şini istehsal edə bilər. 

Bu barədə “Report”a iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib. 

Onun sözlərinə görə, bununla bağlı tərəflər danışıqlar aparır: "Birgə istehsalın təşkil edilməsinə dair danışıqlar ilkin mərhələdədir. Texniki-iqtisadi əsaslandırma aparılır. Bundan sonra lazım oilan investisiyanın məbləği bəlli olacaq". 

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin dəyəri 1,3 milyard ABŞ dolları təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 43%-i Azərbaycanın payına düşür. Azərbaycanda 120-ə yaxın Çin kapitallı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycana 800 milyon dollardan çox investisiya yatırıb.