Gürcüstanın daxili bazarının təbii qaza olan ehtiyacının 97%-i Azərbaycanın hesabına təmin olunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Vaşinqtonda keçirilən ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda yalnız özəl sektorun bir hissəsi Rusiyadan qaz ala bilər: “Bizim strateji istehlakçılarımız olan əhali və elektrik enerjisi istehsalçıları tam olaraq Azərbaycan qazı ilə təmin olunur”.

N.Turnava qeyd edib ki, Gürcüstanın Rusiyadan enerji asılılığı təhlükəsi yoxdur.