Fövqəladə Hallar Nazirliyinin radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi ilə məşğul olan "İzotop" xüsusi kombinatın direktoru Fikrət Aslanov vəzifəsindən azad edilib. 

İqtisadiyyat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Fikrət Aslanov son yaş həddinə görə təqaüdə göndərilib. 

Onun yerinə hələlik təyinat yoxdur.