Maltanın hazırda təşkilata sədrliyi ATƏT məkanında kifayət qədər mürəkkəb dövrə təsadüf edir.

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla birgə mətbuat konfransında deyib.

“Bir sıra üzv dövlətlər arasında inam və qarşılıqlı əməkdaşlığın olmaması, təməl prinsiplərə riayət edilməməsi bura misaldır. Azərbaycanın ATƏT-in təməl prinsiplərinin gözlənilməsini, ölkələrin suverenliyinə hörmətin tərəfdarıdır”, – nazir əlavə edib.

XİN rəhbəri ATƏT sədri Ermənistala normallaşma prosesi barədə məlumatlandırdığını diqqətə çatdırıb.