Babək rayonu Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün yeni lahiyəyə başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu məqsədlə Araz çayından qidalanan nasos stansiyaların və təzyiqli boru xəttinin tikintisi işləri aparılacaq.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Tikinti işlərinin 34,5 milyon manata başa gələcəyi ehtimal olunur.