"Vaşinqtonda keçiriləcək NATO sammitinin iştirakçıları Almaniyada Ukrayna hərbçilərinin təlimini koordinasiya edəcək yeni komandanlığın yaradılmasını elan edəcəklər".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Zirvə görüşündə müttəfiqlər Ukraynaya dəstək vermək üçün qətiyyətli yeni addımlar atacaqlarını elan edəcəklər, müttəfiqlər Almaniyada NATO hərbi komandanlığı yaradacaqlar ki, bu komandanlıq təlim və avadanlıqları koordinasiya edəcək, həmçinin Ukraynaya gələcəkdə öz qüvvələrini inkişaf etdirməyə kömək edəcək", - diplomat qeyd edib.