Fransa imperatoru Napoleon Bonapartın iki tapançası hərracda 1,69 milyon avroya (162 milyon rubl) satılıb.

İqtisadiyyat.az bu barədə “Frans Press”ə istinadən xəbər verir.

Məlumata görə, alıcının kimliyi açıqlanmır. Fransada keçirilən hərracda satış zamanı əldə edilən məbləğ gözləntiləri üstələyib.

Hərracdan əvvəl Fransa Mədəniyyət Nazirliyi Napoleonun tapançalarını milli sərvət elan edib və onların ölkə hüdudlarından kənara çıxarılmasını qadağan edib. Növbəti 30 ay ərzində Fransa hakimiyyəti tapançaları yeni sahiblərindən almağa cəhd edə bilər.

 

Gözəl Həşimova