Hindistanın Baş naziri Narendra Modi çərşənbə axşamı baş tutan Rusiya-Hindistan danışıqlarının Hindistan və Rusiya arasında dostluğu daha da gücləndirəcəyinə əmin olduğunu bildirib.   

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə "X" də yazıb. 

"Bu axşam Novo-Oqarevoda məni qəbul etdiyi üçün Prezident Putinə təşəkkür edirəm. Sabahkı danışıqları səbirsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, Hindistan və Rusiya arasında dostluğun daha da möhkəmlənməsinə töhfə verəcək", - Modi qeyd edib.