Baş Mil-Muğan Kollektoru İstismar İdarəsi elan etdiyi tenderi başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "TURAN İNTERNATİONAL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyət olub. Qalib şirkətə 202.724 AZN ödəniləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 350 AZN, predmeti isə kollektor-drenaj şəbəkələrinin mexanizmlə lildən təmizlənməsi işləridir.

Satınalan təşkilatın VÖEN-i: 7000144681

Satınalan təşkilatın ünvanı: Salyan rayon Bəydili kəndi

Ətraflı: https://www.etender.gov.az/main/competition/detail/292744

Məlumat üçün bildirək ki, tenderin qalibi "TURAN İNTERNATİONAL COMPANY" iki ay əvvəl "Metal Trade" şirkətini məhkəməyə verməklə gündəmə gəlmişdi. Şirkətin hüquqi müstəvidə müraciəti iddia müqavilələrindən (podrat) əmələ gələn öhdəliklərlə bağlı olub.