Mərhum müğənni Maykl Ceksonun 1984-cü ildə “Pepsi”nin reklamı zamanı geyindiyi gödəkçəsi hərraca çıxarılıb.
İqtisadiyyat.az-ın məlumatına görə, pop kralının ağ-qara dəri gödəkçəsinin 230-460 min dollar aralığında satılacağı ehtimal edilir.
Geyimləri hərraca atası Maykl Ceksonun kosmetoloqunun oğlu Vendell Tompson çıxarıb.
O, əldə olunan gəliri öz ailəsinə bağışlayacaq.