Bakıda bir nəfərin ölümü, üçün nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, 9-cu mkr. ərazisində qeydə alınıb.

Salyan rayon sakini Saidov Müslüm Elşən oğlu idarə etdiyi "Kio-Rio" markalı avtomobili Heydər Məscidinin hasarına vurub.

Nəticədə özü müxtəlif bədən xəsarəti alıb, avtomobildə olan sərnişin Hətəmov Ədalət Elçin oğlu hadisə yerində ölüb, digər sərnişinlər Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.