"Ölkəmizdə elmi məqalələrin sayı artır".

İqtisadiyyat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən Təhsilin İnkişafı Forumu 2024-də deyib.

"Bir daha bu nəticədə əməyi olan hər kəsə təşəkkür edirəm. Məhz bu nailiyyətlərə görə 100-dən artıq alimə 1000 manatadək əlavə mükafatların verilməsinə başlamışıq. Bəzilərinə bu düzgün görünməyə bilər, lakin biz bir yerdən başlamalıyıq. Alimlər motivasiya edilməlidir", - deyə nazir bildirib.