Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

İqtisadiyyat.Az Oxu.Az-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin edilib.

Nazirlikdən verilən məlumata görə, bu vəzifəyə Elnur Heydərov təyinat alıb. Yeni direktor buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb.

W1siZiIsIjIwMTkvMDIvMTgvMTYvMjcvNTkvYjYwYmRlNDctOTUxNi00MjMxLWJkZmMtMGRlODc0MGUyMzE5LzUyNDg3OTEyXzMwMTY1OTYzNDAzOTM1NV82MzU4MzY4MDY4NTk4NDk3MjgwX24uanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0?sha=dd73d9bc4d130bbd

Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə tabe olan yeddi elmi-tədqiqat institutundan biridir.